Gördüyünüz bu kitab sizin bəla və çətinliklərə olan baxışınızı tamamilə dəyişəcək gücə sahib olan bir əsərdir. Kitab əsasən, İslam və dünya psixoloji düşüncə tərzi əsasında yazılmışdır. Oxucu kitabı mütaliə edərkən ruhunun ümid və çətinliklər qarşısında mübarizə aparmaq güc-qüvvəsi ilə necə dolduğunu hiss edəcəkdir. Bu kitab insana çətinliklərlə dolu olan həyatda düzgün yaşamağın, bəla və çətinliklərlə mübarizə aparmağın yollarını öyrədir. Eyni zamanda kitabda çətin həyat yolu keçmiş insanların həyatlarından da nümunələr gətirilmişdir. Belə şəxslərin həyatını mütaliə etmək insanın qarşısında yeni bir dünya açır. Təslim olmamaq, həyatın çətinlikləri ilə daim mübarizə aparmaq adlı bir dünya.
Həzrət Əli ibn Əbu Talib tarixə gəlmiş ən üstün şəxsiyyət çalarlarına, cazibədar xarakterə malik bir insan olmuşdur. O, kamil formada bütün bu üstün insani sifətlərə sahib olmaqla yanaşı, yalnız özünə xas xüsusiyyətlərə də malik olmuşdur. Tarixdə bir müddət bəzi cərəyanlar Həzrət Əli ilə düşmənçiliklərinə görə onun şəxsiyyətinin hər tərəfə saçan nurunu söndürmək istəmiş və bunun üçün müxtəlif əks təbliğatlar aparmışlar. Qarşınızda olan bu kitab Həzrət Əlinin düşmənlərinə cavab olaraq, tanınmış sünni alimi Əhməd ibn Şuəyb Nəsayi tərəfindən qələmə alınmışdır. Müəllif sonunda da məhz Həzrət Əlinin düşmənləri tərəfindən qətlə yetirilmişdir.
Bu kitab Mərifətşünaslıq (epistemologiya) mövzusunda, onun Quran ayələrində yeri, keçmişdə yaşamış bəzi ümmətlərin mərifətşünaslıq sahəsində buraxdıqları xətalar barədə qələmə alınmışdır. Mərifətşünaslıq elminin əsasları barədə bəhs qədim zamanlardan mütəfəkkirlər arasında mövcud olmasına baxmayaraq, bir elm kimi formalaşması bizim əsrimizə təsadüf edir. Mərifətşünaslıq insan düşüncəsinə əsaslı surətdə təsir edərək onun ideologiyasını nizama salıb yanlışlıqlardan qoruyan mühüm bir elm sahəsidir. Hər bir mütəfəkkir ideoloji əsaslarını qurmamışdan əvvəl mərifətşünaslıq barədə araşdırma aparmalıdır. Əks təqdirdə xətaya düşməsi qaçınılmazdır.
“Həyatın imzası” kitabı eramızdan əvvəl qədim yazılarda və ən qədim düşüncə məktəblərində mövcud olan “Həyatın ümumiliyi” adlı irfani bir nəzəriyyədən bəhs edir. Bu nəzəriyyə yaradılışla bağlı ən gizli sirləri kəşf etmək istəyir. “Həyatın ümumiliyi” çox maraqlı və əsrarəngiz məsələlərlə bağlıdır. Belə ki, bu nəzəriyyə insanın ətrafındakılara, təbiət aləminə və kainata olan baxışını tamamilə dəyişir. Adından da göründüyü kimi irfani olduğuna görə bu nəzəriyyə ilə daha çox arif
Yaradılış sistemində bəzi proseslər vardır ki, onların dərk edilməsi insan üçün çox çətindir. Belə ki, insan adətən gördüyü və daim eşitdiyi mətləbləri həqiqət hesab edir. Yeni eşitdiyi, dünya həyatında görmədiyi və ya illərlə zehnində formalaşmış fikirlərinin əksi olan məsələlərdən xəbərdar olan zaman ona çox qəribə gəlir.
Bu kitabda qələmə alınan mövzu mümkündür ilk baxışda oxucu üçün qəribə və anlaşılmaz olsun, lakin bir az diqqət və təfəkkür edəndən sonra mətləb aydınlaşmağa başlayır. Kitabda qələmə aldığımız mətləblər nəinki müxtəlif dinlərin, eyni zamanda elmin də çətin anlaşılan mövzularından hesab olunur. Oxucular üçün yeni olan bu mövzu tarix üçün heç də yeni deyildir. Kitab oxunulandan sonra deyilənlər tamamilə aydın olacaqdır.
“O” kitabı hərf və irfan elmi əsasında yazılmış ilk kitabdır. Bu mövzuda bəlkə də İslam aləmində belə bir müstəqil formada yazılmış ikinci kitab yoxdur. Ən azından biz rastlamamışıq. Kitabın ərsəyə gəlməsi üçün yüzə yaxın, bəlkə də daha çox elmi mənbədən istifadə olunmuşdur. Araşdırmanın nəticəsi həddindən artıq çox idi. Lakin biz bu kitabı ümumi oxucu kütləsi üçün nəzərdə tutduğumuzdan, həmçinin yorucu olmaması üçün çox qismini ixtisar etdik. Müraciət etdiyimiz mənbələrdə, əsasən irfan-fəlsəfə zövqü olan və bu üslubda yazan alimlərin əsərlərindən faydalanmışıq. “O” kitabı əsas olaraq hərf elmi əsasında ilahi adların və məxsusən də Allahın ən əzəmətli olan “O” adının təhlil və izahından bəhs edir. Gizli elmlərə marağı olan hər bir kəsi bu kitabı oxumağa dəvət edirik.
"Ariflərin irfani məqamı" kitabı İbn Sinanın “İşarat və tənbihat” adlı əsərinin IX bölməsinin tərcümə və ona verilən şərhindən ibarətdir. “İşarat və tənbihat” İbn Sinanın yazdığı mühüm və şah əsərlərindən hesab edilir. Bu kitab məntiq və fəlsəfə olaraq iki hissədən təşkil olunmuşdur. O, bu kitabın son üç fəslini irfana aid etmişdir. Bu üç fəsil o qədər dərin irfani fikirlərə şamildir ki, ondan böyük alimlər bəhrələnmiş və üstünlüyünü bəyan etmişlər. Bu üç irfani fəsillər arasında da ariflərin irfani məqamları barədə olan IX fəsil özünəməxsus yer tutur. İbn Sina “Ariflərin irfani məqamları” fəslində ariflərin mənəvi yüksəlişləri zamanı keçdikləri irfani mərtəbələri izah etmiş, ariflərin bunları keçə bilmələri üçün etdiyi əməllərdən ümumi olaraq danışmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.