Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
Filosof şərqşünas və psixoloqdur. Azərbaycan Dövlət İqtisad Universitetini bitirdikdən sonra ərəb və fars dilində teologiya, ərəb ədəbiyyatı, Şərq və Qərb fəlsəfəsi sahəsi üzrə müxtəlif ali məktəb ocaqlarında təhsilini davam etdirmışdir. Moskva Pozitiv Texnologiyalar və Konsaltinq İnstitutunun “Psixoloji Konsultasiya” fakültəsi məzunudur.
Çox fərqli üslubda yazılmış motivasiya kitabları Rövşən Abdullaoğlunu bir yazıçı kimi məşhurlaşdırır. “Arxadakı körpüləri yandırın”, “Hər bir insan hökmdardır”, “Çətin olsa da, həyat davam edir”, “Üsyan”, “Qorxular” kitablarında yazar Şərq və qərb psixologiyasına müraciət edir, teoloji və psixoloji yanaşmaları sintez edərək yeni motivasiya üsulları təqdim edir. “Çətin olsa da, həyat davam edir” kitabı 2019-cu ildə Türkiyədə də nəşr olunur və qısa zamanda türkiyəli oxucuların rəğbətini qazanır.
İlk psixoloji romanı olan “Bu şəhərdə kimsə yoxdur” kitabı yazıçıya xüsusi uğur gətirir. Əsər 2016-2018-ci illər ərzində Azərbaycanda ən çox satılan kitab olur.
Müəllifin intihar kabusundan bəhs edən ikinci romanı “Relslər üzərinə uzanmış adam” romanı da çox böyük uğur qazanır. Kitabın ilk tirajı cəmi iki həftəyə satılır. Bu əsər həm də Srebrenitsa soyqırımının acı nəticələrinə, müharibə dəhşətlərinə toxunur.
2018-ci ildə intellektual psixoloji detektiv janrında yazılmış “Abaddon” kitabı işıq üzü görür. Qeyri-adi süjetə malik bu romanın ilk tirajı cəmi 3 saata tükənir. Yaxın aylarda detektiv romanlar silsiləsindən Abaddon-II romanının nəşri gözlənilir.
Yazarın bu günə kimi motivasiya psixologiyası, irfan, fəlsəfə, teologiya və roman növündə 26 kitabı nəşr olunub.
Dünyagörüşünü və həm də yaradıcı fəaliyyətini zənginləşdirmək üçün bir çox Avropa, Skandinaviya və uzaq Afrika ölkələrinə səyahət edir. Səfərləri zamanı qarşılaşdığı maraqlı faktları kitablarında, silsilə məqalələrdə, foto və videoreportajlarda oxucuları ilə paylaşır.
Daha öncə bir sıra beynəlxalq yarışların mükafatçısı olan Rövşən Abdullaoğlu hazırda peşəkar idmandan uzaqlaşsa da, aktiv idmanla məşğul olaraq sağlam həyat tərzini və idman fəlsəfəsini gənc izləyicilərinə də təbliğ edir.
Yazar eyni zamanda təlimçidir. Psixoloji, fərdi inkişaf, motivasiya və s. mövzulara aid semarlarda təlimlər həyata keçirir.
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23