“O” kitabı hərf və irfan elmi əsasında yazılmış ilk kitabdır. Bu mövzuda bəlkə də İslam aləmində belə bir müstəqil formada yazılmış ikinci kitab yoxdur. Ən azından biz rastlamamışıq. Kitabın ərsəyə gəlməsi üçün yüzə yaxın, bəlkə də daha çox elmi mənbədən istifadə olunmuşdur. Araşdırmanın nəticəsi həddindən artıq çox idi. Lakin biz bu kitabı ümumi oxucu kütləsi üçün nəzərdə tutduğumuzdan, həmçinin yorucu olmaması üçün çox qismini ixtisar etdik. Müraciət etdiyimiz mənbələrdə, əsasən irfan-fəlsəfə zövqü olan və bu üslubda yazan alimlərin əsərlərindən faydalanmışıq. “O” kitabı əsas olaraq hərf elmi əsasında ilahi adların və məxsusən də Allahın ən əzəmətli olan “O” adının təhlil və izahından bəhs edir. Gizli elmlərə marağı olan hər bir kəsi bu kitabı oxumağa dəvət edirik.