Ləpirçi: Mən Yeməli Deyiləm (3-cü nəşr)

Ləpirçi: Mən Yeməli Deyiləm (3-cü nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 01.04.2021 Kitabın mövzusu: Macəra Qiymət: 10 AZN
Baxılıb: 7698


“Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, bö­yük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mü­barizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tay­falarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psi­xologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək.
Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalq­ları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ov­layıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağ­də­rili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dün­yanın ən qısaboy xal­qı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “tə­kamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar.
Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı?