Hikmətin Əvvəli

Hikmətin Əvvəli

Əllamə Təbatəbainin ˝Bidayət-ul-Hikmə˝ kitabı əsasında yazılmışdır. Şərh və əlavələr: Rövşən Abdullaoğlu
Çıxma tarixi: 04.01.2016 Kitabın mövzusu: Fəlsəfə Qiymət: 7 AZN
Baxılıb: 4433


“Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mü­təa­li­yə” fəl­­sə­fəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəl­sə­fəsi ta­ri­­­xində təd­ris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hik­­­mə”nin or­taya qoyduğu məsələlər, ağılın bəzi mət­ləbləri bir­başa, də­lilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsa­ləti, kəs­rət­­də vəh­dət prinsipi, mahiyyətin qeyri-hə­qiqiliyi, zaman, sə­bəbiyyət qa­­nununun ma­­hiy­yəti, Va­cibin isbatı və xüsusiyyətləri kimi mühüm möv­­zulardan iba­­rətdir. “Bi­da­yə­tul Hik­mə” kitabında fəlsəfə öyrənmək is­təyənlərin ilkin mərhələdə eh­tiyac duy­duqları bütün mət­ləb­lər vardır. Ta­­nınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cə­­hətdən ye­tiş­mək­lərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əv­­vəli” kitabı da məhz “Bidayətul Hik­mə” əsərinin əsa­sında işlənilmiş, qə­liz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır.