Arxadakı Körpüləri Yandırın (5-ci nəşr)

Arxadakı Körpüləri Yandırın (5-ci nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 13.09.2018 Kitabın mövzusu: Motivasiya psixologiyası Qiymət: 6 AZN
Baxılıb: 6083


Qələbə çalmaq istəyən arxasınca – geriyə qayıda bil­məsin deyə – bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar. 
...Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmi­lə­rimiz­dən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qə­ləbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar!
Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar. 

 

KİTABDAN HİSSƏLƏR

“Arxadakı körpüləri yandırın” – yaş məhdudiyyəti olmadan hər kəsə xitab edən bu misilsiz kitabın bestseller olma sirri də bundadır – keçmişi keçmişdə qoyaraq uğursuzluqlardan faydalanmağı, istəklərimizə istiqamət verməyi öyrədir. Ünvanı bilmədən mənzil başına çatmaq olmaz. Həyat yolu çətin, insan əzmlidir. Sadəcə o əzmi hədəflərimizə doğru yönəltməyi öyrənək.