“Bu şehirde kimse yok! İnsanlarla dolu gibi görünse de başını omzuna yaslayıp ağlayacağın kimse yok. Seni anlayacak, düştüğünde elini uzatıp ayağa kaldıracak biri yok. Bu şehirde milyonlarca insanın içinde yapayalnızsın, kimsesiz ve görünmezsin! Bütün şehir böyle! Ülkeler şehirlerden oluşmuyor mu? Demek ki koca dünyada yapayalnızsın.”
Yaşlı adam, Willy’nin zaten bildiklerini o kadar içten söyledi ki Willy bir an yaşlı adamın onun düşüncelerini okuduğu vehmine kapıldı. Willy on beş yıldır bu şehirde kimsenin olmadığını düşünüyordu. Şehirlerin tamamen boş ve ıssız olduğunu, uçsuz bucaksız bir çölde yapayalnız yaşadığını düşünüyordu…
Fiziksel olarak sağlıklı ama ruhu yaralı olan Willy’yi yeniden hayata döndürmek artık son günlerin yaşayan bir “meleğin” görevidir. Anderson Hastanesi’nde ölüm yolculuğunda geçici misafir olan ölümcül hastalara işte bu adı vermişler. Acıklı olaylardan, kayıplardan, savaşın dehşetinden ve zorlu sığınmacı hayatından sonra son durağı Anderson olan genç Wisam bu görevin üstesinden gelebilecek mi? Willy’yi hayata döndürerek geçmişinde sakladığı ağır yükten kurtulabilecek mi?
Bu kitapta herkes kendi iç dünyasını oluşturan yapbozun eksik parçasını bulacak. Kendi “meleği” ile karşılaşmadan kimse bu hayattan ayrılamaz – o “melek” belki bir insan, belki de bir kitap olabilir.
Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qarşısına gətirib.
Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gözəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təzyiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər mehriban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist baxışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.
Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat hekayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq?
Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tərəfdə əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ.
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sevgini dadanlar qadirdir.
“Ləpirçi” silsiləsi Afrika tayfalarının gizli və aşkar düşmənlərindən, böyük bir materikin taleyini dəyişməyə cəhd edən cəsur və mərd insanların mübarizəsindən danışır. Bu kitablar, eyni zamanda oxucunu müxtəlif Afrika tayfalarının qədim mədəniyyəti, inanc və əfsanələri, insanla təbiətin əsrarəngiz rabitəsi ilə də tanış edəcək; həyat fəlsəfəsi, yaradılış, insan və cəmiyyətin psixologiyası ilə bağlı mühüm suallara aydınlıq gətirəcək.
Silsilənin ilk kitabı olan “Mən yeməli deyiləm” Afrika xalqları arasında ən çox zülmə məruz qalmış tayfalardan biri olan piqmeylərdən bəhs edir. Digər tayfaların bir heyvan kimi ovlayıb yediyi bu insanlar daha sonra yerlilərlə yanaşı, həm də ağdərili istilaçılar tərəfindən hər cür təcavüzə məruz qaldılar. Dünyanın ən qısaboy xalqı olan piqmeylər XX əsrin əvvəllərində Avropa və Amerika heyvanxanalarında “təkamülü tamamlanmamış insan” adı ilə canlı eksponat kimi qəfəsdə saxlanılırdılar.
Yumruq boylu insanların talelərini dəyişmələri üçün qarşılarında duran ən mühüm sual bizi, bəlkə də, heç vaxt düşündürməyib: insan olduğunu isbat etməyin bir yolu varmı?
O, qatil, oğru, təcavüzkar və bir çox cinayətlərin səbəbkarıdır. Eyni zamanda, gözəl insan, yaxşı dost, qanunsevər vətəndaşdır. Qətiyyən göründüyü kimi deyil. Daha da dəhşətlisi, qətiyyən özünün sandığı kimi də deyil. O, sadəcə olaraq, Abaddondur.
– Villi, xoşbəxt olmaq üçün insana on saniyə yetər.
– Necə?
Həmişəki kimi gülümsəyib:
– Mənim kimilərini düşünərək, – deyə cavab verdi.
Hər şey həyata çox fərqli baxışları olan bu iki nəfərin qarşılaşması ilə başladı. Əvvəllər çox uğurlu bir idmançı olmuş, indi isə öz qalasına çəkilmiş, təmizlik işçisi kimi xidmət göstərən Villini yenidən həyata qaytarmaq bir “mələyin” vəzifəsidir. Anderson xəstəxanasındakı “mələk”lərdən biri olan qəhrəmanımız gənc yaşlarında ağır itkilərdən və savaşın dəhşətindən keçmiş, indi də xərçənglə mübarizədədir. Hər şeyə rəğmən, içindəki insan sevgisini qoruyub saxlamış, həyat dolu bu “mələk” vəzifəsinin öhdəsindən gələ biləcəkmi? Uzun sürən səfərdən sonra son dayanacağı Anderson olan gənc mühacir Villini həyata bağlamağa çalışarkən öz keçmişindəki düyünləri çözə biləcəkmi?
Bir-birilərinin yaralarına məlhəm olan iki yaralı ruhun düşüncə sərhədlərini aşan təsirli hekayəsi oxucuların qəlbində mütləq öz yerini tutacaq. Öz “mələyi” ilə qarşılaşmadan heç kəs bu həyatı tərk etməz – bəlkə, bu, bir insandır, bəlkə də, bir kitab.
2016-2018-ci illərdə bestseller olmuş bu kitab minlərcə insana ümid vermis, həyata tutunma səbəbləri olmuş, bir çoxlarını intiharın astanasından belə qaytarmışdır.
“Bu şəhərdə kimsə yoxdur?” ümidini itirmədən xərçənglə və həyatın çətinlikləri ilə savaşan hər kəsə ithaf edilib.