Relslər Üzərinə Uzanmış Adam (8-ci nəşr)

Relslər Üzərinə Uzanmış Adam (8-ci nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 17.08.2020 Kitabın mövzusu: Psixoloji roman Qiymət: 10 AZN
Baxılıb: 18793


Relslər üzərində intihara qərar vermiş iki yad insanın kəsişən həyat yolları. Həyatın çətin dolanbaclarından çıxış yolu axtaran “həmrelslər” və kəlmə-kəlmə son dayanacağa doğru irəliləyən ömür, bəlkə, ölüm qatarı. “Nə üçün yaşayıram?” sualına cavab tapmağa çalışan qəhrəmanlar həyata tutunmağa bircə səbəb belə tapa bilmədikləri üçün ayaqları onları bu qatarın qar­şısına gətirib.
Kanadada kəsişən relslər oxucunu qəhrəmanların keçmişinə aparır. Gö­zəl və inadkar serb qızı Adriana Balkan yarımadasında serblərə göstərilən təz­yiqlərlə bağlı məqalə yazmaq üçün Mostar şəhərinə gəlir. Mostarla bərabər meh­riban və alicənab bələdçisini də yaxından tanımağa başladıqca şovinist ba­xışları dəyişir. Boşnaklara nifrət ruhunda tərbiyə edilmiş Adriana özü də hiss etmədən bu “düşmən” millətin nümayəndəsinə əməlli-başlı aşiq olur.
Sevgi, fədakarlıq, xəyanət, Srebrenitsa dəhşətlərinin fonunda insanın özünə doğru gedən yolda ağır mübarizəsini əks etdirən möhtəşəm bir həyat he­kayəsi. Bu mübarizə kimin qələbəsi ilə sonlanacaq? 
Əsər insanın həqiqi mahiyyətini açaraq düşdüyü çətin sınaqlar zamanı ortaya çıxan rəzilliklərini və yüksələ biləcəyi mənəvi zirvələri göstərir. Bir tə­rəf­də əsas qurbanları qadınlar və uşaqlar olan qorxunc savaş, digər tərəfdə isə həyatın ən ağır sınaqlarından qalib çıxan SEVGİ. 
Sevdikləri üçün canından keçmək asandır, lakin sevdikləri üçün yaşamağa – uzun illər boyunca hər gün ölüb-dirilərək yaşamağa yalnız həqiqi sev­gini dadanlar qadirdir.