İnsan Dünyadan Sonradan Sonra (2-ci nəşr)

İnsan Dünyadan Sonradan Sonra (2-ci nəşr)

Əllamə Təbatəbai. Şərh və əlavələr: Rövşən Abdullaoğlu
Çıxma tarixi: 03.04.2015 Kitabın mövzusu: İnsan taleyi Qiymət: 5.5 AZN
Baxılıb: 2564


Müxtəlif aləmlərin mövcudiyyəti yalnız İslamın deyil, bir çox fəlsəfi, dini və elmi məktəblərin qəbul etdikləri bir həqiqətdir. Ən qədim fəlsəfi məktəblərdən olan kökləri eramızdan min illərlə əvvələ gedən yoqa təlimlərində də bu barədə bəzi fikirlər irəli sürülmüşdür. Hind fəlsəfəsində də oxşar elementləri görmək olar. Neoplatonizm və qnostisizm fəlsəfi düşüncələrində də ruh və ruhani aləmlərin çoxluğu fikirləri yer almaqdadır. Okultist təlimlərdə də müxtəlif aləmlərin mövcud olması bildirilməkdədir.
Bu kitabda insanın ölümündən sonra daxil olacağı aləmlər və orada baş verəcək hadisələr barədə çox maraqlı mövzular yer almaqdadır.