Qorxu hissi insan təbiətinə xas olan ən ağır psixoloji duyğular cərgəsindədir. Bu kitab qorxularından bezmiş və nəhayət, onların əsarətindən qurtulmaq istəyən insanlara ünvanlanıb. Qorxularını yenməyən kəs ömür boyu kölə həyatı yaşamağa məhkumdur. İnsan qorxularından agah olarsa, bu barədə lazımi məlumatlarla silahlanarsa, hisslərini idarə edə və nəticədə qorxularına qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzablardan qurtulmaq üçün ata biləcəyi ilk mühüm addımdır.
Sıkıntısız hayat yoktur. Herkesin kendine göre zorlukları, sorunları vardır. Zaman zaman sıkıntılar öyle bir raddeye gelir ki insanın yaşama sevincini, geleceğe dair arzu ve hayallerini tamamen yok eder. Bu durumdaki bir insana bazen küçücük de olsa yön göstermek, hayatını büsbütün değiştirmesine yardımcı olabilir. Çok sayıda bilimsel çalışmanın, bu alandaki eğitim ve araştırmaların ürünü olan bu kitap, bahsettiğimiz hayati yönlendirmelerle dolu. Evet, hayat bütün zorluklarına rağmen devam ediyor.
Qələbə çalmaq istəyən arxasınca – geriyə qayıda bilməsin deyə – bütün körpüləri yandırmalıdır. Çox insanlar işi qələbəyə bir addım qalmış buraxırlar.
...Döyüşdən əvvəl sərkərdə orduya müraciət etdi: “Gəmilərimizdən çıxan tüstünü görürsünüzmü? Bu, o deməkdir ki, qələbə qazanmasaq, bu sahillərdən sağ qurtula bilməyəcəyik. Bir seçimimiz var: qələbə çalmaq, ya da həlak olmaq”. Və onlar qələbə çaldılar!
Qələbə çalmaq istəyən arxasınca bütün körpüləri yandırmalı, geri çəkilmək üçün bütün yolları kəsməlidir. Yalnız bu zaman uğur üçün çox vacib olan çılğın qələbə arzusunu qoruyub saxlamaq olar.
Həyatı çətinliklər olmadan təsəvvür etmək mümkün deyil. Hər kəsin özünə görə sıxıntısı, problemi var. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, yaşamağa olan istəkləri, gələcək arzu və xəyalları tamam puç olur. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin, baş verənlər yeni məna kəsb etməyə başlasın. Qarşınızda olan bu kitab hər mövzuda bu cür həyati istiqamətlərlə doludur. Çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsi olan bu əsəri yazmaqla kəşf etdiyim ən mühüm həqiqətləri sizinlə də bölüşmək istədim.
Bəli, bütün çətinliklərə rəğmən, həyat davam edir.
Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir... Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır.
Antik dövrlərdə “Əlkimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qədim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehrli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində, bütün kimyagərlərin axtardıqları nəsnə heç bir zaman onlardan gizli deyildi. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən ibarət idi: zaman.
Zamanı idarə edən həqiqi kimyanın sahibinə çevrilir. Bu kitab da məhz bu mövzudan bəhs edir.
Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl mahiyyəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar həmişə onundur.