Hikmətin Əvvəli

Əllamə Təbatəbainin ˝Bidayət-ul-Hikmə˝ kitabı əsasında yazılmışdır. Şərh və əlavələr: Rövşən Abdullaoğlu

“Bidayətul Hikmə” böyük filosof Əllamə Təbatəbainin “mü­təa­li­yə” fəl­­sə­fəsində yazdığı ən mühüm kitablardandır. Bu kitab islam fəl­sə­fəsi ta­ri­­­xində təd­ris olunan fundamental əsərlərdən hesab olunur. “Bidayətul Hik­­­mə”nin or­taya qoyduğu məsələlər, ağılın bəzi mət­ləbləri bir­başa, də­lilsiz dərk edə bilməsi, mütləq mövcud anlayışı, vücudun əsa­ləti, kəs­rət­­də vəh­dət prinsipi, mahiyyətin qeyri-hə­qiqiliyi, zaman, sə­bəbiyyət qa­­nununun ma­­hiy­yəti, Va­cibin isbatı və xüsusiyyətləri kimi mühüm möv­­zulardan iba­­rətdir. “Bi­da­yə­tul Hik­mə” kitabında fəlsəfə öyrənmək is­təyənlərin ilkin mərhələdə eh­tiyac duy­duqları bütün mət­ləb­lər vardır. Ta­­nınmış bir çox filosoflar belə bu kitabdan dərs almış və onların elmi cə­­hətdən ye­tiş­mək­lərində bu kitabın böyük faydası olmuşdur. “Hikmətin Əv­­vəli” kitabı da məhz “Bidayətul Hik­mə” əsərinin əsa­sında işlənilmiş, qə­liz və dərin mətləbləri oxucuya sadə dil ilə çatdırmağa çalışmış bir kitabdır.

Çıxma tarixi: 04.01.2016 Kitabın mövzusu: Fəlsəfə


İnsan Dünyadan Sonradan Sonra (2-ci nəşr)

Əllamə Təbatəbai. Şərh və əlavələr: Rövşən Abdullaoğlu

Müxtəlif aləmlərin mövcudiyyəti yalnız İslamın deyil, bir çox fəlsəfi, dini və elmi məktəblərin qəbul etdikləri bir həqiqətdir. Ən qədim fəlsəfi məktəblərdən olan kökləri eramızdan min illərlə əvvələ gedən yoqa təlimlərində də bu barədə bəzi fikirlər irəli sürülmüşdür. Hind fəlsəfəsində də oxşar elementləri görmək olar. Neoplatonizm və qnostisizm fəlsəfi düşüncələrində də ruh və ruhani aləmlərin çoxluğu fikirləri yer almaqdadır. Okultist təlimlərdə də müxtəlif aləmlərin mövcud olması bildirilməkdədir.
Bu kitabda insanın ölümündən sonra daxil olacağı aləmlər və orada baş verəcək hadisələr barədə çox maraqlı mövzular yer almaqdadır.

 

Çıxma tarixi: 03.04.2015 Kitabın mövzusu: İnsan taleyi


İnsan Dünyadan Sonra (4-cü nəşr)

Əllamə Təbatəbai. Şərh və əlavələr: Rövşən Abdullaoğlu

“İnsan dünyadan sonra” adlı bu kitab Əllamə Tə­ba­tə­bai­nin “İn­san ri­­saləsi” əsasında işlənilmişdir. Bu kitab insanın dün­yadan son­­rakı taleyi ba­­rəsindədir. Ölüm və onunla baş­la­yan sonrakı hə­yat ayə və hədislər əsa­­sında bəyan edil­miş­dir. Bu kitabda ölüm və on­­dan sonra baş verəcək ha­­disələr ba­rədə bir çox maraqlı faktlara to­­xunulmuş, insanın dünya hə­­ya­tın­dan sonra keçəcəyi müxtəlif mər­­hələlər və onlarda in­sanı göz­lə­yə­cək hadisələr barədə geniş mə­­lumat ve­ril­mişdir.

Çıxma tarixi: 20.02.2015 Kitabın mövzusu: İnsan taleyi


Görüntülər

İbn Sina. Tərcümə və şərh: Rövşən Abdullaoğlu

“Görüntülər” İbn Sinanın irfan mövzusunda yazdığı ən dəyərli və nadir əsərlərindəndir. İrfan, kəramətlər, möcüzələr, qeybi xəbərlər, sehr, göz dəyməsi, mələklərin nazil olması, mənəvi seyr, qeybi aləmlər, yuxular, vəhy, mükaşifələr və onların xüsusiyyətləri kimi bir çox dəyərli mövzularla əlaqədar qaranlıq nöqtələr məhz bu əsərdə öz həllini tapacaqdır.

Çıxma tarixi: 16.07.2014 Kitabın mövzusu: İrfan


Üsyan

Rövşən Abdullaoğlu

Əgər məndən soruşsanız ki, “həbs düşərgəsində əldə etdiyin ən böyük təcrübə nədir?”. Mən deyərəm ki, “biz insanı indiyə kimi heç bir nəslin tanıya bilmədiyi, görə bilmədiyi bir halda-tam çılpaqlığı ilə tanıdıq”. “Bəs sənin tanıdığın bu insan əsl ma­hiy­yəti ilə kimdir və sən onu necə tanıdın?” desəniz, deyərəm ki, “Bu insan hər an qərar qəbul edən azad iradəli bir varlıqdır. O insan hər bir şəraitdə son qərarı özü üçün saxlayır, son qərar hə­mişə onundur.

Çıxma tarixi: 14.04.2014 Kitabın mövzusu: Psixologiya


İlk Kitab (2-ci nəşr)

Suləym İbn Qeys. Tərcümə və əlavələr: Rövşən Abdullaoğlu

“İlk kitab” İslam aləmində qələmə alınmış birinci kitab hesab olu­nur. Onun müəllifi belə bir kitab yazmasını bir müd­dət hamıdan giz­­­­lət­miş­dir. Belə ki, o dövrə hakim olan siyasi vəziyyət bunu tə­­ləb edir­­­di. Müəl­lif qələmə aldığı kitabı ömrünün sonlarında eti­mad­lı bir şəx­­­sə ötür­müş və bundan sonra da insanlar arasında yayılmışdır.
“İlk ki­tab” bir neçə İmamın təsdiqini almışdır. İmam Sadiq bu ki­ta­bı giz­­li hə­qiqətlərdən olan bir sirr kimi qələmə vermiş və onun hər haqq se­və­rin evində olmasını vacib bilmişdir.

Çıxma tarixi: 10.02.2014 Kitabın mövzusu: İnam


İnsan Dünyadan Əvvəl (2-ci nəşr)

Əllamə Təbatəbai. Şərh və əlavələr: Rövşən Abdullaoğlu

“İnsan dünyadan sonra” adlı bu kitab Əllamə Tə­ba­tə­bai­nin “İn­san ri­­saləsi” əsasında işlənilmişdir. Bu kitab insanın dün­yadan son­­rakı taleyi ba­­rəsindədir. Ölüm və onunla baş­la­yan sonrakı hə­yat ayə və hədislər əsa­­sında bəyan edil­miş­dir. Bu kitabda ölüm və on­­dan sonra baş verəcək ha­­disələr ba­rədə bir çox maraqlı faktlara to­­xunulmuş, insanın dünya hə­­ya­tın­dan sonra keçəcəyi müxtəlif mər­­hələlər və onlarda in­sanı göz­lə­yə­cək hadisələr barədə geniş mə­­lumat ve­ril­mişdir.

Çıxma tarixi: 16.11.2013 Kitabın mövzusu: İnsan taleyi