Çinli alimdən 30 yaşdan etibarən insanlarda yaddaş probleminin artması ilə bağlı fikrini soruşurlar. Alim səbəb olaraq internet kimi vasitələrin insanların beynini artıq informasiya ilə yüklədiyini deyir.
Əslində isə problemin kökü başqadır. İnsan beyninin qidası informasiyadır, təhlildir, düşüncədir. Onu yaşadan, gücləndirən hərəkət və yükdür. Eynilə əzələlərimiz kimi, işlətdikcə güclənir və möhkəmlənir. Yaddaşsızlığın səbəbi insanların beyinlərini işlətməmələri, informasiyanı sosial şəbəkələrdən qısa, təhlilsiz və fəstfud formasında götürmələri, kitab oxumaq əvəzinə telefon və s. cihazlarla beyinlərini qurutmalarıdır. Çoxlu informasiya insanda yaddaşsızlığa səbəb olsaydı, dahi alimlər çox oxumaqla, gecə-gündüz araşdırma aparmaqla daha da yaddaşsızlaşardılar.
Çox oxuyun, oxuduğunuzu, öyrəndiyinizi də diri-diri udmayın, emal edin, təhlil edin ki, həm savadlı, həm də güclü yaddaşlı olasınız.