Atam 1969-cu ildə Ukraynada, Sovet Silahlı Qüvvələrinin Strateji Raket Qoşunlarında xidmət edib.
Onunla birgə hərbi xidmətdə bir erməni də olub. Atama deyirmiş ki, mən Qarabağdanam, azərbaycanlıyam, səninlə yerliyik. Atam da onu himayə etməyə, aldığı sovqatı belə onunla bölüşdürməyə başlayıb. Bir gün atam komandirin yanına gedəndə içəridən erməni ilə komandirin söhbətini eşidir. Komandir ondan atam barədə nəsə soruşurmuş. Erməni də deyir, "O mənim düşmənimdir". Komandir heyrət içində deyir ki, "Nə düşmən, bəs axı Abdullayev deyir ki, siz həmyerlisiniz".
Erməni cavab verir, "Onlar tarix boyu həmişə erməniləri qırıblar. Bizi məhv etməyə fürsət gözləyiblər. Onlar xaindirlər".
Atam eşitdiklərindən heyrətə gəlir. İçəri daxil olur. Komandir deyir: ˝Abdullayev, siz, əslində, düşmən imişsiniz. Mən bunu bilmirdim˝.
Atam belə olmadığını deyəndə komandir təkid edir ki, erməni etiraf etsin. Atam da təəccüblə erməniyə üz tutur ki, "Məgər biz düşmənik? Sən demirdin ki, biz yerliyik?" Erməni daha kinini, nifrətini uda bilmir. Düşmən olduqlarını, bizə nifrət etdiklərini atamın üzünə deyir.
Atam ermənini vurub aşırdır, başlayır təpikləməyə. Stulu da qaldırıb vurur başına. Ertəsi gün orduda olan ermənilər və azərbaycanlılar arasında toqquşma baş verir. Ondan sonra rəhbərliyi göndərirlər həmin hərbi hissəyə, orada olan bütün erməni və azərbaycanlıları müxtəlif yerlərə paylaşdırırlar.
Atam deyir, o vaxtlar heç bir dərslikdə, əldə olan kitablarda ermənilərlə azərbaycanlılar arasındakı tarixi münaqişələrdən yazılmırdı. Biz bu barədə heç nə bilməzdik. Bütün bunları uşaqlıqdan erməni valideynləri uşaqlarının beyinlərinə yeridirdilər. Bizə nifrət və "böyük erməni dövləti" prinsipi onların ideologiyasını təşkil edir. Onlar bizə nifrətlə böyüyürlər, bizə isə uşaqlıqdan qonaqpərvərliyi, tolerantlığı, hər kəsə hörmət bəsləməyi aşılayırlar. Bunlar gözəl xüsusiyyətlərdir, ancaq əks təsir göstərməsə. Təəssüf ki, layiq olan, olmayan hər kəsə sevgi bəsləyirik, qucaq açırıq. Yadlara özümüzdən daha çox dəyər veririk. Düşmən özünə olmayan tarix uydurur, biz isə tariximizi, qan yaddaşımızı unuduruq.
Bu müharibənin şüurlarımızda çevriliş edəcəyinə inamım böyükdür. Təkcə tariximiz deyil, təfəkkürümüz, dosta-düşmənə, bir-birimizə, ətrafımızda baş verənlərə münasibətimiz də dəyişməlidir.
Gələcəyimizi dəyişmək üçün ideologiyamızdan, prinsiplərimizdən başlamalıyıq.