Bizim milli-mənəvi dəyərlərimiz qadına heç vaxt bir dişi kimi baxmayıb. Qadın sevimli, əziz övladdır, ömür-gün yoldaşıdır, dostdur, ağbirçək anadır, bəzən həmsəngərdir. Dini dəyərlərimiz cənnətimizi anaların ayağı altında qərar verəcək qədər qadını yüksəltmişdir. Qadına dişi gözü ilə baxmaq, cinsiyyətini şəxsiyyətindən önə çəkmək ona edə biləcəyimiz ən böyük haqsızlıqdır. Belə görünür, bəzi qadınlar özləri daha çox bu haqsızlığa yol verirlər. Hazırda “feminizm”, ˝cinsi inqilab˝ adı altında çıxış edənlər qadını “dişi” səviyyəsinə endirməklə, cinsiyyətini qabartmaqla bəlkə özləri də bilmədən qadını sahib olduğu bütün dəyər və üstünlüklərdən məhrum edirlər.