Rövşən
Abdullaoğlu

yazıçı, filosof-şərqşünas, psixoloq


Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)

Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 05.01.2017 Kitabın mövzusu: Motivasiya psixologiyası
Baxılıb: 156


Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir... Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır.