Rövşən
Abdullaoğlu

yazıçı, filosof-şərqşünas, psixoloq


Bu Şəhərdə Kimsə Yoxdur (16-cı nəşr)

Bu Şəhərdə Kimsə Yoxdur (16-cı nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 09.02.2018 Kitabın mövzusu: Psixoloji roman Qiymət: 9 AZN
Baxılıb: 374


– Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadıb yerdən qaldıracaq biri yoxdur. Bu şəhərdə mil­yonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bü­tün şəhərlər də elə bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olun­mayıbmı, deməli, bütün bu dünyada tək-tənhasan.
Qoca Villiyə tanış fikirləri elə içdən dedi ki, bir anlıq elə sandı, onun düşüncələrini oxuyur. Villi on beş il idi ki, bu şəhərdə kim­sə­nin olmadığını düşünürdü. Ona elə gəlirdi ki, dünya tamamilə boş və sakinsizdir. Və o, ucsuz-bucaqsız bir səhrada tənha yaşayır.

 

KİTABDAN HİSSƏLƏR

Həyatda heç bir “təsadüf” təsadüfi deyil. Roman hörümçək toru kimi ilk baxışdan qarışıq görünən hadisələrin, əslində, möhtəşəm bir ssenarinin parçaları olduğunu, hər bir insanın bu ssenaridə özünəməxsus yeri olduğunu göstərir.  Cismən sağlam, ruhən zədəli olan Villini yenidən həyata qaytarmaq da artıq son günlərini yaşayan “mələyin” missiyasıdır. Anderson xəstəxanasında ölümə doğru səfərdə müvəqqəti müsafir olan sağalmaz xəstələri məhz belə adlandırırlar. Acı hadisələrdən, itkilərdən, müharibə dəhşətlərindən və ağır mühacir həyatından sonra son dayanacağı Anderson olan livanlı gənc Visam bu missiyanın öhdəsindən uğurla gəlir, amerikalı dostu Villinin dünyaya baxışına yeni, heç zaman görmədiyi ilmələr vurur. Onu həyata qaytarmaqla öz əzabkeş ruhunu da təzələmiş olur. Bu kitabda hər kəs öz iç dünyasını təşkil edən mozaikanın çatışmayan bir parçasını tapacaq. Öz “mələyi” ilə rastlaşmadan heç kəs bu həyatı tərk etmir – bəlkə, bu, bir insandır, bəlkə, bir kitab.