Rövşən
Abdullaoğlu

yazıçı, filosof-şərqşünas, psixoloq


Zamanı Necə Yeyək (4-cü nəşr)

Zamanı Necə Yeyək (4-cü nəşr)

Rövşən Abdullaoğlu
Çıxma tarixi: 20.10.2016 Kitabın mövzusu: Zamanın idarə olunması Qiymət: 7 AZN
Baxılıb: 227


Antik dövrlərdə “Əlkimya” adlanan qəribə bir elm sahəsi vardı. Kimyagərlər adi metalları qızıla çevirməyi mümkün edən sirli bir maddənin formulunu hazırlamaq istəyirdilər. Qə­dim yunanlardan sonra ərəblər və orta əsr qərb kimyagərləri də uzun müddət bu sehrli formulun axtarışında oldular. Ancaq onların tədqiqatları heç bir nəticə vermədi. Əslində, bütün kim­yagərlərin axtardıqları nəsnə heç bir zaman onlardan gizli de­yildi. Bu kimya onların diqqət etmədikləri sadə bir şeydən iba­rət idi: zaman. 
Zamanı idarə edən həqiqi kimyanın sahibinə çevrilir. Bu kitab da məhz bu mövzudan bəhs edir.

 

KİTABDAN HİSSƏLƏR

Görəsən, vaxtımız hara gedir, nəyə görə mühüm işləri çatdıra bilmirik, zəruri işləri niyə təxirə salırıq? Vaxtımızı daha səmərəli necə tənzimləyə bilərik? Həyatın hər bir sahəsində rəqabətin yüksək həddə çatdığı, uğur əldə etmək üçün zamandan maksimum istifadə etmək lazım olduğu bir dövrdə taym-menecmentin mövzuları çox aktualdır.

Bu kitabda yer almış taym-menecment mövzuları həyatınızı köklü surətdə dəyişəcək. Oxuduqca yaşamınızda olan bir çox boşluqları görəcək, keçmişdə buraxdığınız bir çox səhvləri anlayacaqsınız. O səhvləri bir daha təkrarlamamaq və həyatınızı uğurlu şəkildə davam etdirmək üçün, sadəcə olaraq, öyrəndiklərinizi  tətbiq etməyiniz lazımdır. Unutmayın ki, siz zamana bu kitabda olan göstərişlərə əməl etdiyiniz qədər hakim olacaqsınız.