Milli.Az xəbər verir ki, bunu tanınmış yazıçı, psixoloq-teoloq Rövşən Abdullaoğlu bildirib.
Ədibin sözlərinə görə, hüzr sahibi bilmir öz əzizinin itkisinin dərdini çəksin, yoxsa məşəqqətli yas məclisinin tədarükünü görsün: "Nəticədə mərhum da unudulur. Hər şey çevrilir adi yas etiketinə və rutin qaydaya əmələ. Baş sağlığı, məclisdə iştirak, ehsan, xüsusi dəfn mərasimi, bahalı baş daşı...
İnsanlar təmtəraqlı yas işlərini adətən mərhum qarşısında ödəməli olduqları son borc bilirlər. Bəziləri isə bunları dini inanca bağlayırlar. Əslində, bunlar əsassız iddialardır...
Hüzr sahibi, onsuz da, gərginlikdədir, ona mənəvi və maddi dayaq olmaq yerinə daha da yüklənmək düzgün deyil".
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23