Milli.Az-ın əldə etdiyi xəbərə görə, yazıçının "Qədim Qala" nəşriyyatı ilə birgə qəbul etdiyi qərara əsasən, nəşrin satışından əldə olunan gəlir şəhid ailələri və kimsəsiz uşaqlara xərclənəcək.
Qeyd edək ki, İctimai Birlik aprel döyüşlərində şəhid olmuş qəhrəmanımız, Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru Təbriz Musazadənin həyat yoldaşı Ceylan Musazadə tərəfindən təsis olunub. Fəaliyyət göstərdiyi qısa müddət ərzində könüllü müəllimlər - birlik üzvləri şəhid və kimsəsiz uşaqlara müxtəlif fənlər üzrə təmənnasız kurslar keçməklə, ailələrə maddi və mənəvi dəstək göstərməklə bir çox gözəl işlər həyata keçiriblər.
Araşdırmaçı-yazar Rövşən Abdullaoğlu isə təşkilatla bu əməkdaşlığın daha böyük uğurlara səbəb olmaqla yanaşı, həmçinin cəmiyyətdə örnək ola biləcəyini düşünür.
Xatırladaq ki, Rövşən Abdullaoğlunun əsərləri son illərin ən çox oxunan kitabları siyahısında daim ilk yerlərdədir. Onun "Bu şəhərdə kimsə yoxdur", "Relslər üzərinə uzanmış adam", "Abaddon", "Çətin olsa da, həyat davam edir", "Arxadakı körpüləri yandırın", "Zamanı necə yeyək?", "Qorxular" kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb və dəfələrlə təkrar nəşr olunub.
Zərif Nisə
Milli.Az
Rövşən Abdullaoğlu ssenarini açıqladı
2024-02-13
2022-06-21
Filmlərin insan psixologiyasına təsiri – İctimai TV-nin ekranında SABAHIN XEYİR, AZƏRBAYCAN
2022-02-23
2022-02-23