• az
  • en
  • tr

  • Ana səhifə
  • Haqqımda
  • Kitablarım
  • Qonaq kitabı
  • Əlaqə
  • Sual-Cavab

Rövşən
Abdullaoğlu

Afrika

  • Ana səhifə
  • Səyahət

Cinca – Qoca Nilin başlanğıcına səfər

Uqandada Entebbe şəhərindəyik. Burada Uqandanın yeganə beynəlxalq aeroportu yerləşir. Ona görə ilk olaraq bu şəhərə gələsi olduq.
Gecə vaxtı idi, bələdçimiz Riçardla, onun dediyinə görə, Entebbenin ən gözəl restoranlarından birində əyləşib şam etmək istəyirik.

Uqandada Entebbe şəhərindəyik. Burada Uqandanın yeganə beynəlxalq aeroportu yerləşir. Ona görə ilk olaraq bu şəhərə gələsi olduq. Gecə vaxtı idi, bələdçimiz Riçardla, onun dediyinə görə, Entebbenin ən gözəl restoranlarından birində əyləşib şam etmək istəyirik.

Uqandanın Entebbe şəhərindən Cinca məntəqəsinə tərəf gedirik. Kampalanın mərkəzindən də yol var idi, ancaq şəhərin içərisinə daxil olmadıq, bir az kənar yoldan hərəkət etdik ki, daha tez çataq.
Səhər tezdən çıxmışıq ki, günümüz itməsin. Səhər tezdən insanlar işə, bazara tələsirlər.

Ölkənin yollarından, insanların qiyafəsindən fəqirlik yağır. Özünü çox qəribə bir aləmdə hiss edirsən. Yolda qarşımıza çıxan maşınlar çox köhnədir. Ucuz və məqsədə tez çatdıran nəqliyyat vasitəsi kimi motosikletdən istifadə edirlər.

Yollar bərbad vəziyyətdə, maşın da çox köhnə olduğundan səfərimiz uzun çəkdi.

Uqandanın Entebbe şəhərindən Cinca məntəqəsinə tərəf gedirik. Kampalanın mərkəzindən də yol var idi, ancaq şəhərin içərisinə daxil olmadıq, bir az kənar yoldan hərəkət etdik ki, daha tez çataq. Səhər tezdən çıxmışıq ki, günümüz itməsin. Səhər tezdən insanlar işə, bazara tələsirlər. Ölkənin yollarından, insanların qiyafəsindən fəqirlik yağır. Özünü çox qəribə bir aləmdə hiss edirsən. Yolda qarşımıza çıxan maşınlar çox köhnədir. Ucuz və məqsədə tez çatdıran nəqliyyat vasitəsi kimi motosikletdən istifadə edirlər. Yollar bərbad vəziyyətdə, maşın da çox köhnə olduğundan səfərimiz uzun çəkdi.

İndi səhər təzə açılır, bir azdan hava dəhşət isti olacaq. Maşınımızda kondisioner işləmir. Toz-torpağın əlindən bütün pəncərələri də bərk-bərk bağlamışıq. Hərəkət zamanı toz-torpaq yenə də maşının içinə dolur. Bəzi yerlərdə içəri o qədər toz dolurdu ki, üzümüzü paltarlarımızla örtmək məcburiyyətində qalırdıq.

Cincaya çatan kimi münasib bir hotel tapıb yerləşdik. Bu gülərüz xanım bizi qeydiyyata aldı, sonra da otağımızı göstərdi. Saat, gördüyünüz kimi, Uqanda vaxtı ilə 9: 40-dır. Bizdən cəmi bir saat geridir. Əşyalarımızı yerləşdirib hoteldən çıxdıq. Raftinq-kluba tələsmək lazımdır.

Raftinqin başlayacağı yerə doğru gedirik. Yol boyu bu cür balaca, kasıb evlərə rast gəlirik. Belə qızmar istidə insanlar susuz, çətin şəraitdə yaşayırlar. Qazanc yerləri də yox dərəcəsindədir. Nə əkib-becərib satmağa bir şeyləri, nə də mal-qaraları var. Təhsil, kitab, gələcək planlar, müasirlik, texnologiya, dünyada baş verənlər - bunlardan tam bixəbər halda ömür sürürlər.

Maşınımızı görən uşaqlar bizə əl edir, maşının arxasınca qaçırlar. Bəzən də hələ uzaqdan maşının kəndlərinə yaxınlaşdığını görüb pişvazına qaçırlar. Elə kəndlər var ki, oraya gediş-gəliş çox azdır. Maşın gördükdə uşaqlar hədsiz sevinirlər, yaxınlaşıb nəsə almaq, ünsiyyət qurmaq, daha da çox baxıb sonsuz maraqlarını öldürmək istəyirlər.

Bura kilsədir. Bu məntəqədə ən səliqəli, təmiz tikili bircə bu kilsə idi. Afrikada xristian missionerləri çox güclü işləyir. Ən azı, əvvəllər çox güclü idilər. Müsəlmanların təbliğatı onlarla müqayisədə çox zəifdir.

Bu uşaqlar elə zəhmli görsənirlər ki. Yol boyu da üzləri gülmürdü. Belə ciddi formada durmuşdular. Arada üzlərini güldürməyə müvəffəq olurduq. Belə səfərlər zamanı adətən insanda təhlükə, qorxu hissi korşalır. Ancaq bəzən olur, düşünürsən ki, birdən səni soymaq istəsələr, onda necə olacaq.

Raftinqə çatanda komanda yoldaşlarımızla tanış olduq. Bunlar Cincada könüllü olaraq fəaliyyət göstərən gənc həkimlər idi. Oğlanlar İngiltərədən, xanımlardan biri Avstraliyadan, digəri isə Fransadan gəlmişdilər.
Raftinqə ağır iş rejimindən bir az uzaqlaşıb adrenalin almaq üçün gəlmişdilər. Əslində, Afrika başdan ayağa adrenalindir, əlavə adrenalinə heç ehtiyac yoxdur.

Raftinqə çatanda komanda yoldaşlarımızla tanış olduq. Bunlar Cincada könüllü olaraq fəaliyyət göstərən gənc həkimlər idi. Oğlanlar İngiltərədən, xanımlardan biri Avstraliyadan, digəri isə Fransadan gəlmişdilər. Raftinqə ağır iş rejimindən bir az uzaqlaşıb adrenalin almaq üçün gəlmişdilər. Əslində, Afrika başdan ayağa adrenalindir, əlavə adrenalinə heç ehtiyac yoxdur.

Bu da Nil. Hələ ki, sakit və qonaqpərvər görsənir. Üzərindən keçib raftinq klubuna gedirik.
İlk dəfə Nilə baxanda qəribə hisslər yaşadım. Hətta indi də şəkillərinə baxanda eyni hissləri keçirirəm.

Bu da Nil. Hələ ki, sakit və qonaqpərvər görsənir. Üzərindən keçib raftinq klubuna gedirik. İlk dəfə Nilə baxanda qəribə hisslər yaşadım. Hətta indi də şəkillərinə baxanda eyni hissləri keçirirəm.

Bura raftinq klubudur. Burada hazırlıqlar bitəndən sonra görməyə tələsdiyimiz Nilin başlanğıcına yola düşəcəyik. Oradan da macəra başlayır.

Bura raftinq klubudur. Burada hazırlıqlar bitəndən sonra görməyə tələsdiyimiz Nilin başlanğıcına yola düşəcəyik. Oradan da macəra başlayır.

Klubun içində istirahət üçün kasad da olsa, müəyyən şərait yaradıblar. Bu bizim bələdçimiz Riçarddır. Burada bizdən raftinqə nə qədər bələd olduğumuzu soruşdular. Hansı mərhələləri keçməyə hazır olduğumuzla maraqlandılar. Biz də raftinqi ilk dəfə təcrübə edəcəyimizə baxmayaraq, bütün sınaqlardan keçməyə hazır olduğumuzu dedik. Əslində, kiçik bir yanlış anlaşılma oldu, onların dediklərini biz başa düşmədik. Bu anlaşılmazlıq bizə az qala çox baha başa gələcəkdi. Raftinq barədə olan ikinci paylaşımda özünüz də görəcəksiniz.

Klubun belə maraqlı interyeri var.

Klubun belə maraqlı interyeri var.

Həmkarları öz ölkələrində rahat şəraitdə işləyib, yaxşı məvacib aldıqları halda bu həkimlər heç bir əvəz güdmədən sadəcə insanlara yardım etmək üçün Afrikaya gəliblər.
Onlardan: “Buraya gəlməkdə nə marağınız var?” soruşduqda təəcüb etdilər: “Məgər ehtiyacı olanlara yardım etmək üçün insanın mütləq şəxsi maraqları olmalıdır?”
Çətin iqlim şəraitinə və bərbad infrastruktura sahib olan Afrikanı görmədən onların bu hərəkətlərinin nə qədər böyük fədakarlıq olduğunu anlamaq çətindir. Bu humanist və alicənab insanlarla tanışlıq xoş oldu.

Həmkarları öz ölkələrində rahat şəraitdə işləyib, yaxşı məvacib aldıqları halda bu həkimlər heç bir əvəz güdmədən sadəcə insanlara yardım etmək üçün Afrikaya gəliblər. Onlardan: “Buraya gəlməkdə nə marağınız var?” soruşduqda təəcüb etdilər: “Məgər ehtiyacı olanlara yardım etmək üçün insanın mütləq şəxsi maraqları olmalıdır?” Çətin iqlim şəraitinə və bərbad infrastruktura sahib olan Afrikanı görmədən onların bu hərəkətlərinin nə qədər böyük fədakarlıq olduğunu anlamaq çətindir. Bu humanist və alicənab insanlarla tanışlıq xoş oldu.

Qarşıda bizi tam olaraq nə gözlədiyindən xəbərsiz halda gülümsəyirik. Qızmar günəşin altında sualtı qayaların üzəri ilə 30 km üzməli, müxtəlif sədlərdən keçməli olacağıq.

Qarşıda bizi tam olaraq nə gözlədiyindən xəbərsiz halda gülümsəyirik. Qızmar günəşin altında sualtı qayaların üzəri ilə 30 km üzməli, müxtəlif sədlərdən keçməli olacağıq.

Raftinqə tam hazır vəziyyətdəyik. Üzərimizdə kəsici, sınan əşya götürməyə icazə yoxdur. Onların hamısını maşında qoyduq. Raftinqdə kaska taxmaq mütləqdir. Qayığın aşması təhlükəsi var, daşlara toxunub zədə ala bilərik.

Raftinqdə yaşadıqlarımızı sizinlə ayrıca bölüşəcəyəm.
Növbəti şəkildə artıq bu təhlükəli macəranı arxada qoymuşuq.

Raftinqə tam hazır vəziyyətdəyik. Üzərimizdə kəsici, sınan əşya götürməyə icazə yoxdur. Onların hamısını maşında qoyduq. Raftinqdə kaska taxmaq mütləqdir. Qayığın aşması təhlükəsi var, daşlara toxunub zədə ala bilərik. Raftinqdə yaşadıqlarımızı sizinlə ayrıca bölüşəcəyəm. Növbəti şəkildə artıq bu təhlükəli macəranı arxada qoymuşuq.

Nilin o qədər gözəl mənzərəsi var ki. Yüksəkliyə çıxıb ağacların altında oturub seyr edirik. Ağır raftinq sınağından sonra bu mənzərənin fərqli hüzuru var. İndiyə qədər ancaq kitablardan tanıdığın qədim və möhtəşəm Nil indi sənin qarşındadır, suyunda yuyuna bilirsən, sahilində dayanıb seyr edirsən. Afrikaya çatandan fərqli macəraların içinə düşdük, indi sakit oturub düşünmək fürsətim var. Afrikada – dünyanın bu biri başında, fərqli materikdə olduğunu dərk etmək qəribə hisslər yaradır. Düşünürsən ki, bir həftə bundan qabaq harada idim, indi hardayam?

Raftinqdən sonra bu talvarın altında süfrə açıldı və bütün komanda ilə yemək yedik. İsveç masası açılmışdı, hər kəs yaxınlaşıb istədiyi yeməkdən nimçəsinə çəkirdi. “İstədiyi yemək” deyəndə, cəmi iki çeşid yemək var idi. Biz onların yeməyindən bircə makaron götürdük, üzərinə də özümüzlə gətirdiyimiz balıq konservindən töküb yedik.

Raftinqdən sonra daşdan yumşaq hər şeyin ləzzəti olur. Bu səbətlər kiçik masa əvəzidir, nimçəni onun içinə qoyub yeyirsən.

Raftinqdən sonra daşdan yumşaq hər şeyin ləzzəti olur. Bu səbətlər kiçik masa əvəzidir, nimçəni onun içinə qoyub yeyirsən.

Elvin hər yerdə özünə dost tapır. Dostun ağı qarası olmaz. Bunlar xilasedici komandanın üzvləridir. Biz raftda hərəkət edəndə onlar da kayaklarda bizi izləyirdilər ki, təhlükə anında köməyə gəlsinlər. Bir neçə məqamda yardımları da toxundu. O uzun saçlı xanım ən təhlükəli yerlərdən öz təknəfərlik kayakı ilə elə məharətlə keçirdi ki, Nilin qucağında böyüdüyü dərhal hiss olunurdu.

Tarix 18.08.2020
Baxılıb 3928

Digər fotolar

Qobustan qayaları
Qobustan qayaları
Yeni gül şəhəri – Afrikanın paytaxtına səfər
Yeni gül şəhəri – Afrikanın paytaxtına səfər
Onlar Afrikanın ən dəbli və gözəl sakinləri hesab olunurlar – hamar tayfası
Onlar Afrikanın ən dəbli və gözəl sakinləri hesab olunurlar – hamar tayfası
Cinca – Qoca Nilin başlanğıcına səfər
Cinca – Qoca Nilin başlanğıcına səfər

Fəaliyyət

  • Məqalələr
  • Biz mediada
  • Foto qalereya
  • Video qalereya
  • Səyahət

Mövzular

  • 3 Afrika
  • 1 Qobustan
  • 0 AWWWW

Teqlər

  • Kitablar 99
  • Psixologiya 146
  • Dünya 132
  • Fəlsəfə 15
  • Səyahət 46
  • Oxucularla görüş 10
  • İdman 3
  • Cəmiyyət 110
  • Sevgi 5
  • Uşaq tərbiyəsi 15
  • Övlad 2
  • Ədəbiyyat 33
  • Antraktida 14
  • Vətən 14
  • Səhiyyə 3
  • Ümumi 27
  • İslam dini 6
  • Dil 1
  • Sosiologiya 5

Kitablarım
KorAmal
В Этом Городе Никого Нет
Абаддон
Hər Bir İnsan Hökmdardır (5-ci nəşr)
Человек, лежащий на рельсах
Ləpirçi: Mən Yeməli Deyiləm (3-cü nəşr)
Qorxular (4-cü nəşr)
Bu Şəhərdə Kimsə Yoxdur (19-cu nəşr)
Relslər Üzərinə Uzanmış Adam (8-ci nəşr)
Çətin Olsa Da, Həyat Davam Edir (13-cü nəşr)
Əsarət (3-cü nəşr)
Arxadakı Körpüləri Yandırın (5-ci nəşr)
Abaddon (6-cı nəşr)
Zamanı Necə Yeyək (4-cü nəşr)
Hikmətin Əvvəli
İnsan Dünyadan Sonradan Sonra (2-ci nəşr)
İnsan Dünyadan Sonra (4-cü nəşr)
Görüntülər
Üsyan
İlk Kitab (2-ci nəşr)
İnsan Dünyadan Əvvəl (2-ci nəşr)
Bəla və Səbir (3-cü nəşr)
Xüsusiyyətlər
Mərifət
Həyatın İmzası
Ölülərin Hakimiyyəti
O
Ariflərin İfrani Məqamları
Nəfsi Təzkiyənin Elmi Əsasları
Bloqumuza abunə olun!

Xəbərlər və yeniliklər sizə mail vasitəsi ilə göndərilsin.

Abunəlikdən çıxmaq üçün emailinizi təkrar olaraq yazıb təsdiqləyin.

© 2025 Rovşən Abdullaoğlu. Bütün hüquqlar qorunur.

Bizi sosial şəbəkələrdə izləyin: